- Baxış sayı: 13
- 23 Oktyabr 2026 11:28
- Baxış sayı: 513
- Oktyabr 21, 2026
- 0

“Bavariya”nın cinah hücumçusu Maykl Olise Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
Allsport.az xəbər verir ki, 24 yaşlı fransalı ötən ay çempionatda keçirdiyi 3 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Olisenin bütün məhsuldar hərəkətləri “Union Berlin”lə 7:0 hesablı oyunda qeydə alınıb. O, həmin qarşılaşmada 3 qol vurub və 1 assist edib.
Olise karyerasında 4-cü dəfə ayın ən yaxşı oyunçusu mükafatına layiq görülüb. O, həmçinin ötən mövsüm Bundesliqanın ən yaxşı futbolçusu seçilib.