İlkə imza atdı

İlkə imza atdı

“Barselona”nın futbolçusu Lamin Yamal Avropanın beş aparıcı liqasında çıxış edən oyunçular arasında cari mövsümün ilk diqqətçəkən nailiyyətinə imza atıb.

Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu bütün turnirlərdə 10 qol və 10 məhsuldar ötürmə həddinə çatan ilk oyunçu olub.

İndiyədək İngiltərə premyer liqası, İspaniya la liqası, İtaliya “A” seriyası, Almaniya Bundesliqası və Fransa liqa-1-də çıxış edən futbolçulardan heç biri hər iki göstərici üzrə ikirəqəmli nəticəyə nail olmayıb.

Yamal mövsümdə 10-cu qolunu UEFA çempionlar liqasının liqa mərhələsinin III turunda PSJ ilə keçirilən və “Barselona”nın 2:4 hesabı ilə məğlub olduğu görüşdə vurub.

19 yaşlı futbolçu cari mövsüm çempionlar liqasında da iki qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” növbəti matçını oktyabrın 25-də la liqanın X turunda “Real Madrid”ə qarşı keçirəcək.

Həmin kateqoriyadan