“Qalatasaray” ÇL matçına onsuz meydana çıxacaq

“Qalatasaray” ÇL matçına onsuz meydana çıxacaq

“Qalatasaray” UEFA çempionlar liqası liqa mərhələsinin III turunda səfərdə “Lil”in qonağı olacaq. 

Allsport.az xəbər verir ki, İstanbul nəhəngi oyuna ciddi itki ilə çıxacaq.

Rafael Leao səfər matçında komandaya kömək edə bilməyəcək. Portuqaliyalı cinah hücumçusu kollektivlə birlikdə Fransaya aparılmayıb. O, superliqanın VIII turunun “Gənclərbirliyi” ilə görüşündə (1:0) zədələnib.

“Qalatasaray” Rafael Leaonu bu ilin avqustunda “Milan”dan 38 milyon avroya transfer edib. 27 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

​”Lil” – “Qalatasaray” qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Həmin kateqoriyadan