“Real” nüfuzunu itirib”

“Real” nüfuzunu itirib”

“Barselona”nın prezidenti Joan Laporta Madrid “Real”ının hakimləri tez-tez tənqid etməsinə münasibət bildirib.

Allsport.az xəbər verir ki, klub rəhbəri açıqlamasında “kral klubu”nun nüfuzunu itirdiyini vurğulayıb:

“Xeyr, artıq klublar arasında münasibət yoxdur. Hətta deyərdim ki, hazırda açıq qarşıdurma yaşanır! Onlar diqqəti başqa istiqamətə yönəltməyə çalışırlar. “Real” həm institusional, həm də idman baxımından nüfuzunu itirib. Artıq futbol qurumlarında heç bir təsirləri yoxdur. Düşünürəm ki, yanlış yol seçiblər və indi bunun bədəlini ödəyirlər.

Onlar maliyyə resurslarını işə salaraq çox bahalı futbolçulara böyük məbləğlər xərcləyiblər. Lakin həmin oyunçular gözlənilən nəticələri vermirlər”.

Oktyabrın 25-də İspaniya la liqasının X turu çərçivəsində “Barselona” ilə “Real” üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan