17 cüdoçumuz Düşənbədə mübarizə aparacaq

17 cüdoçumuz Düşənbədə mübarizə aparacaq

Beynəlxalq cüdo federasiyasının təqviminə əsasən, bu il ilk dəfə gənclər arasında qran pri turniri təşkil olunacaq.

Allsport.az xəbər verir ki, dünya cüdo turuna daxil edilən yarış oktyabrın 24-25-də Düşənbədə keçiriləcək.

Turnirdə Azərbaycanı 17 cüdoçu təmsil edəcək. İdmançılarımızdan 10-u oğlan, 7-si isə qızdır.

Cüdoçularımız yarışda gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Qran-pri turnirində ümumilikdə 19 ölkədən 234 cüdoçu qüvvəsini sınayacaq. Onlardan 147-si oğlan, 87-si isə qız idmançılardır.

Heyəti təqdim edirik:

Oğlanlar

-60 kq

Anar Quliyev

Məhəmməd Rüstəmli

-66 kq

Əhməd Rüstəmov

-73 kq

Səlim Sultanov

Özqan Quliyev

-81 kq

Məhəmməd Ağakişiyev

-90 kq

Əli Qazıməmmədov

-100 kq

Davud Namazlı

Canpolad Əliyev

+100 kq

Ramazan Əhmədov

Qızlar

-48 kq

Nərgiz Əhmədova

-52 kq

Aysun Məmmədova

Nuranə Hacızadə

-57 kq

Xədicə Qədəşova

Vüsalə Hacıyeva

-63 kq

Hanna Zaytseva

Nilgün Rzayeva

Həmin kateqoriyadan