- Baxış sayı: 58
- 08 May 2026 16:02
- Baxış sayı: 168
- May 08, 2026
- 0

Stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşq toplanışını Qazaxıstanda keçəcəklər.
Allsport.az xəbər verir ki, seçmə komandanın üzvləri bu məqsədlə Astanaya yola düşüblər. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Hilal Həsənov, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Ləman Abdulhəmidova və Arzu Aslanova fevralın 3-dən 11-dək Qazaxıstan millisi ilə birgə hazırlıq prosesində olacaq.
Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.