- Baxış sayı: 45
- 09 Dekabr 2024 22:40
- Baxış sayı: 100
- Dekabr 11, 2024
- 0
Polşanın Raşin şəhərində keçirilmiş Avropa birinciliyində 12 medal qazanmış yığma komandamızın üzvləri Vətənə qayıdıblar.
Allsport.az xəbər verir ki, atletlərimizi Heydər Əliyev beynəlxalq hava limanında idman ictimaiyyətinin üzvləri, jurnalistlər və azarkeşlər qarşılayıblar. Avropa birinciliyində medallar qazanmış idmançılarımızdan Ravin Alməmmədov və Əli Şükürlü media nümayəndələrinin suallarını cavablandırıblar.
Ravin Alməmmədov: “Əlbəttə ki, yarışa çox yaxşı hazırlaşmışdıq. Federasiya rəhbərliyi təlim-məşq toplanışımızın yüksək səviyyədə keçməsi üçün hər şeyi etmişdi. Avropa birinciliyinə medallar qazanmaq üçün yollanmışdıq və bunu bacardıq. Belə yarışlarda zəif rəqib olmur. Amma bununla hədəflərimiz bitmir, gələcək yarışlarda daha yaxşı çıxış etmək niyyətindəyəm.”
Əli Şükürlü: “Federasiya rəhbərliyi başda olmaqla qələbəmizdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Texnika və güc öz yerində amma bizim idman növündə motivasiya da çox önəmlidir. Qələbəmizdə məhz bu amil həlledici oldu. Çalışacağıq ki bundan sonrakı yarışlarda da etimadı doğruldaq.”
İdmançılarımız Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb. Onlardan Ravin Alməmmədov 1 qızıl, 2 gümüş, Ömər Cavadov qızıl, Əli Şükürlü 1 gümüş, 2 bürünc, Qasım İsmayılov 2 bürünc, Tehran Məmmədov gümüş, Fuad Həsənov 2 bürünc medala sahib olub.