Avropa yeniyetmələrinin yay olimpiya festivalının açılışında Azərbaycan paraddan 5-ci keçib

Slovakiyanın Banska Bıstritsa bölgəsində Avropa yeniyetmələrinin 16-cı yay olimpiya festivalının rəsmi açılışı baş tutub. Allsport.az saytı xəbər verir ki, 33 idmançı ilə qatılan Azərbaycan keçiddən 5-ci keçib. Bayraqdarlar Qadir Hüseynov (cüdo), Səkinə Haçızadə (atletika) olublar. 50 iştirakçı ölkə, 10 idman növü üzrə 4000-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılala festivalda iştirak edəcək. Paradda iştirak edən missiya rəhbəri Vaqif Əliyev yeniyetmə idmançıların böyük ruh yüksəkliyi ilə yarışlara hazırlaşdıqlarını deyib.

Onun sözünə görə, olimpiya fəlsəfəsinin təbliği, olimpiya oyunlarında iştirak və hazırlığının təşkili məsələlərində uzun müddətli təcrübəyə malik milli olimpiya komitəsinin heyəti yeniyetmə idmançıların yarışlarda iştirakı ilə bağlı bütün məsələlərə nəzarət edir və komandamıızın festivalda təmsil olunmaları üçün çalışır. Bağlanış mərasimi 30 iyul tarixinə təsadüf edəcək.

Bu tədbir beynəlxalq olimpiya komitəsinin himayəsi ilə keçirilir.

Həmin kateqoriyadan