- Baxış sayı: 59
- 21 Sentyabr 2026 23:45
- Baxış sayı: 155
- Sentyabr 23, 2026
- 0

Azərbaycan millisi Fransada keçiriləcək AÇ-2016-nın iştirakçılarından biri ilə qarşılaşa bilər. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımızın Ukrayna ilə yoxlama oyunu keçirməsi gözlənilir. Hazırda AFFA ilə Ukrayna Futbol Federasiyası arasında buna dair danışıqlar gedir.
Bunu UFF vitse-prezidenti Vladimir Laşkul da təsdiqləyib. O, bir müddət öncə Azərbaycanla yoxlama oyunun keçirməyin mümkün olduğunu dilə gətirsə də, məşqçilər korpsunun Rumıniyaya üstünlük verdiyini bildirmişdi.