Azərbaycan güləşində ağır itki

Bu gün ölkə güləşinin inkişafında əvəzsiz xidmətləri olmuş, 1995-ci ildən 2017-ci ilədək Azərbaycan güləş federasiyasının vitse-prezidenti vəzifəsində çalışmış Cavanşir Qurbanov dünyasını dəyişib.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan güləşinin xüsusən regionlarda kütləviləşməsində, beynəlxalq arenada yüksək nəticələr əldə etmiş idmançıların yetişdirilməsi istiqamətində mühüm töhfələr vermiş Cavanşir Qurbanov ümumittifaq və beynəlxalq dərəcəli hakim kimi də tanınırdı.

O, ölkə idmanında uzunmüddətli xidmətlərinə görə Əməkdar məşqçi, Fəx­ri bə­dən tər­bi­yə­si və id­man iş­çi­si, Xalq maa­ri­fi əla­çı­sı, Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adları, “Vətənə xidmətə görə” ordeni və “Heydər Əliyevin 100-illiyi” yubiley medalı ilə də təltif olunub.

Allah rəhmət eləsin.

Həmin kateqoriyadan