Azərbaycan karatesi xarici medianın diqqət mərkəzində

Dünya karate idmanının liderlərindən olan ölkəmiz, daima xarici medianın da diqqət mərkəzindədir. Allsport.az saytı xəbər verir ki, Azərbaycanda inkişaf etmiş bu döyüş idman növü ilə bağlı geniş reportajlar hazırlamaq üçün bu dəfə xorvatiyalı idman jurnalistləri Bakıda olublar.

Milli Karate Federasiyasının 1-ci vitse-prezidenti İlham Qasımzadə ilə geniş söhbət aparan Zrinka Perez, dünya karatesini işıqlandıran nüfuzlu karate-news.net informasiya portalında ölkəmizdən, Bakı-2015 ilk Avropa oyunlarına hazırlıqdan və azərbaycan karatesindən geniş reportaj hazırlayıb.

Qasımzadə, ölkə karatesindən əlavə, dünya karate idmanına aid də maraqlı fikirlərlə çıxış edib. O, həmçinin federasiyanın 20 illik yubileyi ilə eyni dövrdə qazanılan ən böyük uğurlardan biri-komanda kumite yarışlarında avropa çempionluğumuz və baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2014-cü ildə daha ciddi hədəflərin istiqamət götürülməsi kimi məqamlardan danışıb.

Bu mötəbər karate informasiya portalı ilin əvvəlindən Milli Karate Federasiyası ilə sıx əməkdaşlıq edir və azərbaycan karatesinin dünyada təbliğinə böyük dəstək verir.

Həmin kateqoriyadan