- Baxış sayı: 40
- 05 May 2026 17:52
- Baxış sayı: 123
- May 04, 2026
- 0

Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənclər arasında keçirilən sambo üzrə Avropa birincliyində Azərbaycan millisi 6 medal qazanıb. Allsport.az xəbər verir ki, turnirdə yeniyetmələr arasında Rəşad Dünyamalıyev (52 kq) qızıl, Namiq Abbaslı (56 kq) gümüş, Eyvaz Baxşıyev (48 kq) və Elvin Cəlilov (70 kq) bürünc medal qazanıblar.
Gənclərin mübarizəsində isə Kamran Əsgərov (62 kq) ermənistanlı rəqibi Volodya Sarkisyana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yer alıb. Fərid Qardaşxanov (57 kq) isə birinciliyi üçüncü pillədə başa vurub.