Azərbaycan UEFA Kubokunda təmsil olunmayacaq

Azərbaycan futzal üzrə UEFA Kubokunun 2015/16 mövsümündə təmsil olunmayacaq. Allsport.az xəbər verir ki, son ölkə çempionu “Xəzər adaları” bu turnirdə iştirakdan imtina etdiyinə görə, Azərbaycan Futzal Federasiyası gümüş medalların sahibi “Fənər”ə müraciət etsə də, bu klub da razı olmadı.

Nəticədə, üçüncü yerin sahibi “Araz”ın adı UEFA-ya göndərilsə də, qitə futbol qurumu bu komandanın iştirakına razılıq vermədi. Bu üzdən də ölkəmiz növbəti mövsüm UEFA Kubokunda iştirak edə bilməyəcək.

Həmin kateqoriyadan