- Baxış sayı: 56
- 08 May 2026 16:02
- Baxış sayı: 157
- May 08, 2026
- 0

Rusiyada Avropa Stolüstü Tennis Birliyinin konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantı Yekaterinburqda Avropa çempionatı çərçivəsində təşkil olunub. Tədbirdə ölkəmizi Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse–prezidenti Fazil Məmmədov və baş katibi Səbuhi Mehdizadə təmsil ediblər.
Nümayəndə heyəti bu qurumun rəhbərliyi, milli federasiyaların prezidentləri ilə görüşlər keçirib, Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Stolüstü tennis üzrə Avropa çempionatına oktyabrın 5-də yekun vurulacaq.