Azərbaycanlı futbolçudan Latviya çempionatında poker!

Latviya 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Rezeknes”lə qarşılaşıb. Matç 7:0 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub və kapitan sarğısı ilə çıxış edib. O, bu görüşdə pokerə imza atıb. 17-ci dəqiqədə hesabı açan millimizin sabiq forvardı 39-cu dəqiqədə komandasının üçüncü qolunu vurub. 77 və 79-cu dəqiqələrdə isə daha iki qol vuran Vüqar matçın yekun nəticəsini müəyyənləşdirib.

Beləcə, Əsgərov yayda keçdiyi “1625 Liepaya” klubunda vurduğu qolların sayını 21-ə çatdırıb. Onun komandası isə 55 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan