Azad Rəhimov vətəndaşlarla görüşdə hansı mühüm məsələləri müzakirə etdi?

Bu gün gənclər və idman naziri Azad Rəhimov 4 rayon və şəhərdən- Mingəçevir, Ağdaş, Ağsu və Göyçaydan olan vətəndaşların təklif və şikayətlərini internet üzərindən canlı dinləyib. Allsport.az saytı xəbər verir ki, ümumilkdə qəbulda 20-ə yaxın vətəndaş iştirak edib.

Gənclərin müraciətləri sırasına könüllülük, rəssamlıq, Qarabağ həqiqətləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün bir sıra online platformaların yaradılması, layihələrin gerçəkləşdirilməsi istiqamətində nazirlik tərəfindən dəstək göstərilməsi təklifləri irəli sürülüb.
Fəxri adların, idman zallarına idman avadanlıqlarının verilməsi, Ağdaşda Gənclər Mərkəzinin, Ağsuda olimpiya idman kompleksinin tikintisi ilə bağlı müraciətlər də vətəndaşlar tərəfindən bildirilib.

Nazir Azad Rəhimov vətəndaşların suallarını cavablandırdıqdan sonra gənclərə müraciət edərək qeyd edib ki, bu dönəmdə bacardıqları qədər yaradıcı olub, müxtəlif layihələr üzərində çalışsınlar. Məhz karantin dönəmi bitdikdən və layihələrin icrasına başlanıldıqdan sonra bu onların inkişafına dəstək verməklə yanaşı, eyni zamanda, çox böyük yeniliklərə də təkan vermiş olacaq.

Həmin kateqoriyadan