Bəhram Bağırzadə “Neftçi” azarkeşlərinə bilet və forma hədiyyə etdi

“Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə “28 Mall” ticarət mərkəzində komandanın azarkeşləri ilə görüşüb. Allsport.az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “İnter”lə oyun ərəfəsində baş tutmuş tədbirdə, azarkeşlərə matçın biletləri, klubun forma və şərfləri hədiyyə edilib.

İki saat davam etmiş tədbirdə hədiyyələri azarkeşlərə Bəhram Bağırzadə şəxsən təqdim edib və onlarla xatirə şəkilləri çəkdirib.

Həmin kateqoriyadan