“Bavariya” mübarizədən geri çəkilib

Allsport.az xəbər verir ki, “Bavariya” “Napoli”nin hücumçusu Viktor Osimheni almaq fikrindən daşınıb. Münhen klubu oyunçunun qiymətinin çox baha olduğu qənaətindədir.

“Napoli”nin prezidenti Aurelio de Laurentis isə futbolçunun transfer dəyərini aşağı salmaq istəmir. Ona görə “Bavariya” Viktor uğrunda mübarizədən geri çəkilib. “Bavariya” Osimheni 100 milyon avroya almağa hazırdır, “Napoli” isə oyunçusu üçün 150 milyon avro tələb edir.

24 yaşlı Viktor bu mövsüm 33 oyuna çıxıb, 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan