- Baxış sayı: 18
- 16 Oktyabr 2026 18:44
- Baxış sayı: 270
- Oktyabr 14, 2026
- 0

“Neftçi” premyer liqanın V turunda evdə “İmişli”ni 3:2 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub bunu deyib:
“2:0 önə keçdikdən sonra hesabın bərabərləşməsi yaxşı hal deyil. Çünki belə vəziyyətdə oyunu davam etdirmək daha çətin olur. Ona görə də futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur.
Eyni səhvləri təkrarlamamalıyıq. Bu haqda yenə danışacağıq. Bir daha belə səhvlər etməməliyik. Xüsusilə nəzərə alaq ki, buraxdığımız hər iki qol yersiz idi. Ən yaxşı məqamlardan biri meydana sonradan daxil olan futbolçuların tempi artırması idi”.