“Belə qalibiyyətlərin başqa dəyəri var”

Azərbaycan premyer liqasının XXIII turunun “Neftçi” – “Qarabağ” oyunundan (0:1) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Allsport.az xəhər verir ki, 53 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:

“Futbolçularımı təbik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Xüsusən də, azlıqda qalanda futbolçuların, komandanın xarakteri üzə çıxır. Uduzmaq istəmirdilər. Bu, oyunun gedişində meydanda gedən mübarizədən görünürdü. Sonda qalibiyyət bizim oldu. 10 nəfərlə qələbə qazanmağımız da futbolun gözəlliklərindən biridir. Belə qalibiyyətlərin başqa dəyəri var. Bizim üçün hərtərəfli faydalı qarşılaşma oldu. Yaxşı futbol atmosferi olduğu üçün hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.

Həmin kateqoriyadan