Beyləqan, Horadiz və Ağdam olimpiya idman komplekslərinin durumu ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov, iyulun 9-da bir sıra şəhər və rayonlarda olub. Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində o, Beyləqan, Horadiz və Ağdam olimpiya idman komplekslərinin vəziyyəti ilə tanış olub.

Bu idman mərkəzlərində idman bölmələrinin artırılması, idmanın kütləviliyini artırmaq üçün silsilə tədbirlər, eləcə də regional yarışların daha çox keçirilməsi, təlim-məşq toplanışları üçün şəraitin standartlara uyğunlaşdırılması barədə müzakirələr aparılıb.

Mövcud idman bölmələrində uşaq-gənclərin məşğələlərini izləyən nazir məşqçi-mütəxəssisləri dinləyib, onlarla fikir mübadiləsi edib.

Həmin kateqoriyadan