“Boz ev” 6 komandaya texniki məğlubiyyət verib

Bu gün AFFA intizam komitəsinin olub. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region liqasında “Uğur” – “Şıxlar” matçının 39-cu dəqiqəsində “Şıxlar”ın futbolçusu Vüsal Rzazadə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Gənclər liqasında “Zirə” – “Qarabağ” matçının 55-ci dəqiqəsində “Zirə”nin futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 86-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Bilal Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Sabah” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-17 liqasında “Qəbələ” – “Mil-Muğan” matçının 67-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Samir Məhərrəmli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Səbail” – “Gəncə TİM” matçının 42-ci dəqiqəsində “Gəncə TİM” klubunun futbolçusu Orxan Rüstəmov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Zirə” – “Sumqayıt” matçının 34-cü dəqiqəsində “Zirə”nin futbolçusu Cavidan Bilalzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-15 liqasında “Xilə” – “Sabah” matçının 8-ci dəqiqəsində “Sabah”ın futbolçusu Elxan Zeynalabdinzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 55-ci dəqiqəsində “Sabah”ın futbolçusu Mahir Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 45-ci dəqiqəsində “Sabah”ın baş məşqçisi Namiq Allahverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 55-ci dəqiqəsində “Sabah”ın məşqçisi Şahin Zeynalov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

U-14 liqasında “Araz Bakı” – UGİM matçının 55-ci dəqiqəsində “Araz Bakı”nın futbolçusu Fərhad Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 60-cı dəqiqəsində “Araz Bakı”nın futbolçusu Cəlal Məmmədzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Zirə” – “Xəzri” matçında “Xəzri” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 liqasında “Keşlə” – “Junior” matçında “Keşlə”nin məşqçisi Xəyyam Bəkirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-10 liqasında “Sabah” – “Stars United” matçında “Stars United”in məşqçisi Vaqif Hidayətov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
“Gəncə TİM” – TİM (Gəncə) matçında TİM komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək qızlar liqasının, “Fidan” – 8 №-li İOEUGİM matçında “Fidan” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının, “Liman” – “Yasamal” FK matçında “Liman” komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
“Araz” – EKOL matçının 36-cı dəqiqəsində “Araz”ın futzalçısı Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

2- liqanın “Bədr FK Xocalı”  – “Borçalı” matçının 14-cü dəqiqəsində “Bədr FK Xocalı”nın futzalçısı Ceyhun Mürşüdlü aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 14-cü dəqiqəsində “Borçalı”nın futzalçısı Asif İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

“Baker Hughes” – “Təbriz” matçında “Baker Hughes” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

1ci liqasının U-19   – “Yasamal” FK-B matçının 23-cü dəqiqəsində U-19-un futzalçısı Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Abşeron” FK – “Metropoliten” matçında “Abşeron” komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Həmin kateqoriyadan