Braziliyalı ilə qarşılaşacaq

Braziliyalı ilə qarşılaşacaq

UFC-nin yüngül çəki dərəcəsində 2-ci pillədə qərarlaşan Arman Tsarukyan növbəti döyüşünü keçirəcək.

Allsport.az xəbər verir ki, erməni əsilli rusiyalı döyüşçü UFC-331 turnirində braziliyalı Maurisio Ruffi ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 19-da Los Ancelesdə keçiriləcək. 

Tsarukyan və Ruffi arasındakı döyüş gecənin əsas qarşılaşmasından əvvəl baş tutacaq. 

29 yaşlı Armanın aktivində MMA-da 23 qələbə və 3 məğlubiyyət var. O, qələbələrinin 15-ni vaxtından əvvəl qazanıb. Peşəkar karyerasına 2015-ci ildə başlayan idmançı 2019-cu ildən UFC-də çıxış edir. 

Tsarukyanın son UFC döyüşü Dən Hukerə qarşı olub. O, həmin görüşdən qalib ayrılıb. 

30 yaşlı Maurisio Ruffi isə UFC-də 14 qələbə və 2 məğlubiyyət göstəricisinə malikdir. Braziliyalı döyüşçü qələbələrinin böyük hissəsini nokautla əldə edib. 

Həmin kateqoriyadan