- Baxış sayı: 44
- 25 Sentyabr 2026 11:26
- Baxış sayı: 109
- Sentyabr 24, 2026
- 0

Bu gün Bakı Slavyan Universitetinin 15 illik yubileyinə həsr olunmuş “Sabahın əsgəri” paintball yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının təşkil etdiyi yarışda ümumilikdə 6 komanda iştirak edib.
Finalda “Armagedon” və “Team of Tiges” komandaları arasında arasında mübarizədə adı 2-ci çəkilən komanda qalib gəlib. Bu kollektiv Jurnalistika və Azərbaycan filologiyası fakültələrini təmsil edib.
Qalib gələn komanda üzvləri diplomla təltif olunub. Qeyd edək ki, BSU-nun 15 illik yubileyinə həsr olunan silsilə tədbirlər keçirilir.