- Baxış sayı: 59
- 23 Oktyabr 2026 23:57
- Baxış sayı: 591
- Oktyabr 21, 2026
- 0

İcraiyyə komitəsi avrokubokların növbəti mövsümlərdəki final matçlarına ev sahibliyi edəcək stadionları müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, müvafiq qərarlar qurumun Salonikidə təşkil olunan iclasında qəbul olunub.
Qərara əsasən, çempionlar liqasının 2028-ci il finalı Münhendəki “Münhen Arena”da, 2029-cu il finalı isə Barselonadakı “Kamp Nou” stadionunda keçiriləcək.
Qadınlar arasında çempionlar liqasının 2028-ci il həlledici matçına Fransanın Lion-Desin şəhərindəki “Park Olimpik Lionne”, 2029-cu il finalına isə Kardiffdəki “Milli stadion” ev sahibliyi edəcək.
Avropa liqasının 2028-ci il final qarşılaşması Buxarestdəki “Milli arena”da, 2029-cu il finalı isə Belqraddakı “Milli stadion”da təşkil olunacaq.
Konfrans liqasında 2028-ci ilin qalibi Turindəki “Yuventus stadionu”nda, 2029-cu ilin çempionu isə Budapeştdəki “Puşkaş arena”da bəlli olacaq.
superkuboku uğrunda matç 2027-ci ildə Amsterdamdakı “Yohan Kroyf arena”da, 2028-ci ildə isə Astanadakı “Astana arena”da keçiriləcək.
Futzal üzrə çempionlar liqasının 2027-ci il final mərhələsi İsveçrənin “Biel/Bienne Arena” idman kompleksində baş tutacaq.
İcraiyyə komitəsi həmçinin 2026/2027 mövsümü millətlər liqasının pley-off sistemində dəyişiklikləri təsdiqləyib. Bu addım 2028/2029 mövsümündən etibarən turnirin dörd əvəzinə üç liqadan ibarət olmasını nəzərdə tutan yeni konseptə səlis keçidi təmin etmək məqsədi daşıyır.
İcraiyyə komitəsinin növbəti iclası dekabrın 7-də Belfastda keçiriləcək.