- Baxış sayı: 58
- 10 Noyabr 2026 23:56
- Baxış sayı: 390
- Noyabr 09, 2026
- 0
Azərbaycan idmançısı Camal Rəhimov Belçikada atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı “Grote Prijs Salus” beynəlxalq turnirində uğurla çıxış edib.
Allsport.az saytı xəbər verir ki, “Excenel V” ləqəbli atla mübarizə aparan çaparımız, yarışın ilk günündə 80 həmkarı arasında 6-cı olub və Rio-2016-ya 25 lisenziya xalı qazanıb.
Turnirin ikinci günündə 45 idmançı arasında 2-ci olan Camal Rəhimov 45 lisenziya xalına sahib olub. Beləliklə, Belçika sınağında təmsilçimiz cəmdə 70 vəsiqə qazanıb.