CEV rəhbəri Bakıda

Avropa voleybol konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç aprelin 24-də Bakıya səfər edəcək.

Allsport.az xəbər verir ki, CEV prezidenti 24-25 apreldə milli gimnastika arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların yüksək liqasında final oyunlarını izləyəcək, həmçinin qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək. Səfər çərçivəsində CEV rəhbəri ilə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.

Həmin kateqoriyadan