“Çimərlik futbolu Bakı-2015-in proqramı üçün mükəmməl uyğunluq təşkil edir”

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O`Kallahan bu gün çimərlik futbolu yarışları üzrə keçirilmiş püşkatma zamanı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları deyib:

“Bakı-2015-dəki dörd qeyri-olimpiya oyunundan biri olan çimərlik futbolu, bizim fəxrlə Avropa Oyunlarına gətirdiyimiz yeniliklərdən biridir. Bakı-2015 Avropa Oyunları vasitəsilə bu idman növü yeni azarkeşlər – tərəfindən tanınacaq.

Yeni və dinamik idman növü kimi, çimərlik futbolu Avropa Oyunlarının proqramı üçün mükəmməl uyğunluq təşkil edir. Çimərlik futbolu yarışlarının izləyicilər üçün maraqlı keçəcəyinə şübhə etmirəm və bu yarışları böyük səbirsizliklə gözləyirəm”.

Həmin kateqoriyadan