Çingiz Hüseynzadə: “Bu, bizim üçün əlamətdar gündür”

Milli olimpiya komitəsinin ədalətli oyunlar komissiyası ötən ilin yekunlarına əsasən, bu sahədə fərqlənənlərə və “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, son iki ildə pandemiya ilə əlaqədar çətinliklərlə üzləşdiklərini deyib:

“Bu mükafatlandırmanı hər il keçirirdik. Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat-seçki konfransı oldu. Seçkilər zamanı komitənin rəhbər heyətinə yeni şəxslər seçildi. Həmin tədbirdə qərara gəldik ki, sabiq vitse-prezident Xəzər İsayev və sabiq baş katib Ağacan Abiyev komissiyada qalsınlar”.

Həmin kateqoriyadan