- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, İranın idman və gənclər naziri Seyid Həmid Səccadinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Allsport.az saytı xəbər verir ki, görüşdə hər iki ölkədə idmanın inkişafına xüsusən də ənənəvi idman növlərindən olan zorxananın dünyada tanıdılması istiqamətində müzakirələr olunub.
Həmçinin, MOK-un baş katibi Azər Əliyev, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də toplantıda iştirak edibl\r.