Çingiz Hüseynzadə Kamerunda olimpiya idman obyektlərinə baxış keçirib

Milli olimpiya komitəsinin vitse-prezidenti, “Kamerun–2025” İslam həmrəyliyi oyunlarının təftiş komissiyasının prezidenti Çingiz Hüseynzadə Kameruna səfər edib.

Allsport.az saytı xəbər verir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti Kamerun olimpiya komitəsinin prezidenti Hamad Kalakaba, idman naziri Narcisse Mouelle Kombi, Yaunde şəhərinin meri Messi Atangana, xarici işlər nazirinin müavini Mbaya Feliks ilə görüşüb.

Söhbətdə, ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub. 2025-ci ildə Kamerunun İslam həmrəyliyi oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar olaraq komissiya üzvləri idman obyektlərinin vəziyyəti ilə tanış olub və yarışların baş tutacağı infrastruktur sahələrinə baxış keçiriblər.

Həmin kateqoriyadan