Çingiz Hüseynzadə Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Allsport.az saytı xəbər verir ki, milli olimpiya komitəsinin vitse-prezidenti Cahid Bağçı ilə söhbət zamanı Konya-2021 İslam həmrəyliyi oyunları müzakirə ediblər. Qonaq, Azərbaycan idmançılarının fəal iştirakına görə təşəkkürünü bildirib. Deyib ki, qazanılan uğur qardaş ölkə olaraq onları çox sevindirir. Səfir idmançılarımızın peşəkarlığını yüksək qiymətləndirib.

Çingiz Hüseynzadə Türkiyə milli olimpiya komitəsi ilə sıx əməkdaşlığı da xatırladıb. O bildirib ki, 30 il ərzində əməkdaşlıq artıq dostluq səviyyəsinə keçib. Növbəti İslam oyunlarına hansı ölkənin ev sahibliyi edəcəyi haqqında hələ danışıqlar aparıldığını və yekun qərarın verilmədiyini də qeyd edib. Görüşdə idman sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Həmin kateqoriyadan