ÇL-də yeni təqvim

Növbəti mövsümdən qüvvəyə minəcək çempionlar liqasının yeni formatının təfərrüatları məlum olub.

Allsport.az xəbər verir ki, artıq məlum olduğu kimi, yeni mövsümdə adi qrup mərhələsi yox, adi mövsüm olacaq. Burada 32 yox, 36 komanda iştirak edəcək.

Hər komanda 8 oyun keçirəcək və onun rəqibləri səbətlərin formalaşmasının nəticələrinə görə (9 klubun 4 səbəti) müəyyənləşəcək. Belə olan halda klublar bölünəcək ki, öz ölkələrinin komandalarına qarşı oynamasınlar. Vahid təsnifat qurulacaq və 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala yüksələcəklər.

Seçmə mərhələ 9-dan 24-dək oynanılacaq. 25-36-cı yerləri tutan komandalar turnirdən kənarlaşdırılacaq və indiyə qədər olduğu kimi Avropa liqasında oynamağa davam etməyəcəklər.

Yeniliklər arasında əlavə bir gün də olacaq. Yeni çempionlar liqasında komandalar çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri oynayacaq. Yalnız 8-ci turun bütün oyunları eyni vaxtda baş tutacaq.

Həmin kateqoriyadan