- Baxış sayı: 66
- 11 İyul 2024 14:12
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) 3 gümüş medal qazanıb. Allsport.az xəbər verir ki, yığmanın lideri bu uğura Tailandın Phuket şəhərində keçirilən dünya kubokunda nail olub.
Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.
Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.