“Daha 90 dəqiqəmiz var”

“Milan” çempionlar liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Feyenoord”a 0:1 hesabı ilə uduzub.

Allsport.az xəbər verir ki, “rossoneri”lərin baş məşqçisi Serxio Konseysan matçdan sonra cütün qalibinin ikinci oyunda müəyyən olacağını bildirib:

“Daha 90 dəqiqəmiz var. “Feyenoord” çox aqressiv idi və bir çox qarşıdurmada qalib gəldi. Belə vəziyyətlərdə qələbə qazanmaq daha çətindir. Qarşılaşmanı heç-heçə ilə başa vurmaq imkanımız olsa da, fürsətlərimizdən yararlana bilmədik. Buraxdığımız qolda da bəxtimiz gətirmədi. Bu matçı diqqətlə təhlil etməliyik. Hər şey cavab oyununda bəlli olacaq”.

Rəqiblər arasında cavab matçı 18 fevralda keçiriləcək.

Həmin kateqoriyadan