Final mərhələsində çıxış edəcək 10 futzal millisinin adı məlumdur

Azərbaycan millisinin pley-off mərhələsində mübarizə apardığı futzal üzrə dünya çempionatının həlledici raundunda çıxış edəcək 24 komandadan 10-u bəllidir. Allsport.az saytı xəbər verir ki, sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək final mərhələsində Asiya, Okeaniya və Cənubi Amerikanın təmsilçiləri məlumdur.

Meydan sahibi Kolumbiya ilə yanaşı, son dünya çempionu Braziliya, eləcə də Argentina, Paraqvay doğma qitələrində təşkil olunacaq mundialda mükafat qazanmağa çalışacaq.

Bu mötəbər yarışda Asiyanı Özbəkistan, İran, Tailand, Avstraliya və Vyetnam təmsil edəcək. Okeaniyanın ən güclüsü kimi yarışa qatılmaq imkanını isə Solomon adaları əldə edib.

Qeyd edək ki, digər 14 vəsiqədən 7-si Avropanın, 4-ü Şimali Amerikanın, 3-ü Afrikanın payına düşür. Azərbaycan yığması UEFA zonasından 7 vəsiqədən birinə yiyələnmək üçün Hollandiya ilə cavab matçına bu gün çıxacaq.

Həmin kateqoriyadan