- Baxış sayı: 59
- 26 İyun 2026 23:49
- Baxış sayı: 85
- İyun 26, 2026
- 0

İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında keçirilən şahmat üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçiləri Vətənə qayıdıblar.
Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq hava limanında yığma üzvlərini Azərbaycan şahmat federasiyasının rəsmiləri, valideynlər və jurnalistlər qarşılayıblar.
14 yaşadək qızların yarışında Zəhra Allahverdi, 16 yaşadək oğlanların mübarizəsində isə Xaqan Əhməd dünya çempionu olublar. Zəhra ölkə tarixində 14 yaşlıların dünya çempionatında qızıl medal qazanan ilk qız şahmatçı kimi tarixə düşüb.