Dünya köçəri oyunlarında türk qızının ayaqları ilə ox atması böyük marağa səbəb olub

Bu il Qırğızıstanda keçirilən Dünya köçəri oyunlarında bir türk qadını ayaqları ilə ox atıb. Allsport.az saytı xəbər verir ki, onun bu hərəkətləri böyük marağa səbəb olub.

İki ildən bir keçirilən tədbirdə yağlı güləş, oxatma, at sürmə və ovçuluq kimi 30 müxtəlif idman növü üzrə yarışlar keçirilir.

Qədim türklərin mahir oxatan olması Avropa mənbələrində dəfələrlə qeyd olunub. Ərənlərin döyüş vaxtı atın üzərində müxtəlif duruşda, uzaq məsafədən kamandan sərrast yayçəkmə bacarıqlarına malik idilər.

Həmin kateqoriyadan