Dünyaca məşhur çempionlarımız futbolda da qalib olublar

Xüsusi olimpiya hərəkatının 50-illiyi ilə bağlı Bakı İdman Sarayında futbol oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirə gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, AFFA-nın icraiyyə komitəsinin üzvü İsgəndər Cavadov, karate üzrə 5-qat dünya və 12-qat Avropa çempionu Rafael Ağayev, Taekvondo federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və Güləş federasiyasının vitse-prezidenti Namiq Abdullayev də qatılıblar.

Bizimkilər həm dünya, həm də Avropa xüsusi olimpiya hərəkatının futbolçularına qalib gəlibkər. Amma mükafatlandırmada qonaqpərvərlik nümunəsi olaraq, qızıl medallar Azərbaycana yox, dünya yığmasına verilib. Ulduz idmançılarımız bürünc medallara kifayətləniblər.

Həmin kateqoriyadan