- Baxış sayı: 65
- 05 Noyabr 2026 18:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

«Vacib oyun idi. İlk matçda səfərdə rəqibə 5:1 qalib gəlmişdik. Ona görə bu qarşılaşmada arxayınlaşmaq olmazdı». Allsport.az saytı xəbər verir ki, bunu futzal millimizin Bakıda Niderlandla görüşdə 4:4 heç-heçə edərək dünya çempionatının final mərhələsinə vəsiqə qazandıqdan sonra, açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Onun sözünə görə, futzalda hər an durum dəyişdiyindən, daim ayıq olmaq lazım idi: «Bu idman növundə vəziyyət hər an dəyişir. Həmin səbəbdən matçda gərginlik vardı. Sevindirici haldır ki, sonda heç-heçə etdik. Həm reytinq xalı qazandıq, həm də mərhələ keçdik».