Fərid Qayıbov bu dəfə nərd oynadı

İçərişəhərdə ağsaqqallar arasında “Oyunçu aparsın” adlı nərd yarışı təşkil edilib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi və “İçərişəhər” dövlət tarixi-memarlıq qoruq idarəsinin təşkilati dəstəyi, “İçərişəhər” ağsaqqallar şurası, “Üçüncü Bahar” ictimai birliyi və Azərbaycan milli idman növləri assosiasiyasının birgə təşəbbüsü ilə keçirilən yarış ağsaqqalların asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədi ilə keçirilib.

Tarixi, əyləncəni və sağlam mübarizəni özündə birləşdirən yarışda İçərişəhərin, Bakının və Bakı kəndlərinin ağsaqqalları iştirak ediblər. Tədbirin sonuncu günündə gənclər və idman naziri Fərid Qayıbov, “İçərişəhər” DTMQİ idarə heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan ağsaqqallar şurasının sədri Eldar Quliyev, tibbi ərazi bölmələrini idarəetmə birliyinin sədri Vüqar Qurbanov, sosial xidmətlər agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov və digər rəsmilər iştirak edərək nərd oynayıblar, sonda qaliblərə mükafatları təqdim ediblər.

İdman tədbirlərinin fəal iştirakçısı olan nazir, sentyabrın 2-sində “Kürü keçək” yarışında 200 metr üzmüş, 3 gün sonra Şahdağda “Heydər Əliyev zirvəsi”nə (3571 metr) qalxmışdı. Bakı marafonunda isə 20 km qaçmışdı.

Həmin kateqoriyadan