- Baxış sayı: 31
- 08 Sentyabr 2026 23:52
- Baxış sayı: 243
- Sentyabr 08, 2026
- 0

“Alaves”in baş məşqçisi Kike Sançes Flores La liqada avqust ayının ən yaxşı məşqçisi seçilib.
Allsport.az xəbər verir ki, 61 yaşlı mütəxəssis səsvermədə Joze Mourinyonu (“Real Madrid”) və Hans-Diter Fliki (“Barselona”) qabaqlayaraq mükafata layiq görülüb.
Avqust ayında “Alaves” İspaniya La liqasında üç oyun keçirib. Komanda “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib, “Rayo Valyekano” ilə 1:1 heç-heçə edib və “Vilyarreal”a 1:0 hesabı ilə qalib gəlib. Sentyabrda isə Floresin komandası “Osasuna”nı 5:2 hesabı ilə üstələyib.
Hazırda “Alaves” dörd turdan sonra 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider “Barselona”nın hesabında 12 xal var.