Futzal millimiz dünyanın 13 ən güclü yığması arasında

Futzal yığmalarının yeni dünya reytinqi açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması yenə də 13-cü pillədəki mövqeyini qoruyub.

Komandamızın hesabında 1369 reytinq xalı var.

Millimizin AÇ-2016-nın final mərhələsindəki rəqiblərindən İtaliya 1726 xalla 4-cü, Çexiya isə 1396 xalla 11-cidir.

Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizin sıralaması isə aşağıdakı kimidir: Xorvatiya – 16-cı yer (1344), Belarus – 21 (1224) və İsveç – 62 (893).

İlk üçlükdə aşağıdakı komandalar yer alır: İspaniya (1922), Braziliya (1909) və Rusiya (1746).

Həmin kateqoriyadan