Futzal yığmamız əvvəlki yerini qorudu

FİFA futzal üzrə yığma koandaların növbəti reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan millisi yeni reytinq siyahısında 13-cü pillədə qərarlaşıb.

Komandamızın hesabında 1369 reytinq xalı var. Bir sözlə, əvvəlki reytinq cədvəli ilə müqayisədə millimizin göstəricilərində heç bir dəyişiklik yoxdur.

Avropa çempionatının final mərhələsindəki rəqiblərimizə gəlincə, İtaliya 1726 xalla 4-cü, Çex Respublikası isə 1396 xalla 12-cidir.

Dünya çempionatının əsas seçmə mərhələsindəki rəqiblərimizin yeni siyahıdakı mövqeləri isə belədir: Xorvatiya – 16-cı yer (1344), Belarus – 22-ci (1224), İsveç – 60-cı (893).

İlk üçlükdə qərarlaşan komandalar bunlardır: İspaniya (1922), Braziliya (1902), Rusiya (1746).

Həmin kateqoriyadan