Gənc voleybolçular İspaniyaya yola düşdülər

Voleybol üzrə 16 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək.

Allsport.az xəbər verir ki, bu məqsədlə voleybolçular bu gün yarışa ev sahibliyi edən İspaniyaya yola düşüblər.

25-27 apreldə keçiriləcək birincilikdə milli komanda “B” qrupunda mübarizə aparacaq. Millinin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Avstriya komandaları olacaq.

Yarışda yığma Cahangir Seyed Abbasinin rəhbərliyi ilə təmsil olunacaq.

AVRO-2025-in ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutacaq komandalar, həmçinin üçüncü yeri tutacaq ən yaxşı iki komanda qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan