- Baxış sayı: 46
- 29 Oktyabr 2026 22:49
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

İspaniyalı tennisçi Karlos Əlqərəz Vyanada keçirilən ATP-500 turnirinin ikinci raundunda Nikoloz Basilaşvili üzərində qazandığı qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, dünya reytinqinin lideri gürcüstanlı rəqibini 6:1, 7:6 (13:11) hesabı ilə məğlub edib.
İspaniyalı tennisçi qarşılaşmadan sonra çıxışını dəyərləndirib:
“Qısaca desəm, ilk xaldan sonuncuya qədər əla oynadım. Yüksək səviyyəli tennis nümayiş etdirdim və çıxışımdan razıyam. İlk setdə topa çox güclü zərbələr vururdum və kortda özümü əla hiss edirdim. Mənə elə gəlirdi ki, rəqibim öz oyununu göstərə bilmir.
İkinci setə də birincidəki kimi yaxşı başladım. Ancaq 3:2 hesabı ilə öndə olduğum vaxt öz servisimdə bir neçə səhvə yol verdim və o, oyununu yaxşılaşdırdı.
Beləliklə, onun oyuna qayıtmasına imkan verdim. Bundan sonra hər şey çox gərgin keçdi, xüsusən də tay-brekdə. Onun seti qazanmaq üçün üç əlverişli imkanı, mənim isə matçı bitirmək üçün üç fürsətim var idi. Sonda səhvə yol verdim, amma sonradan vəziyyətdən çıxmağıma çox sevindim”.