- Baxış sayı: 52
- 29 Oktyabr 2026 23:44
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

İspaniyalı tennisçi Karlos Əlqərəz Vyanada keçirilən ATP-500 turnirinin ikinci mərhələsində Nikoloz Basilaşvilini məğlub edib.
Allsport.az xəbər verir ki, o, gürcü rəqibinə 6:1, 7:6 (13:11) hesabı ilə qalib gəlib.
Bu, ispaniyalı idmançının mövsümdə 35-ci qələbəsi olub. O, karyerasında 60-cı dəfə ATP turnirinin 1/4 finalına yüksəlib.
Əlqərəz 2025-ci ildə Barselonada keçirilən turnirin finalından bəri ATP-500 yarışlarında məğlub olmayıb. Onun bu kateqoriyadan olan turnirlərdə qələbə seriyası 23 matça çatıb.
İspaniyalı tennisçi növbəti mərhələdə amerikalı Tommi Pol ilə qarşılaşacaq.