Əbu-Dabidə bürünc medal

Əbu-Dabidə bürünc medal

Azərbaycan cüdoçusu Rəşad Yelkiyev (66 kq) Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, Özbəkistanı təmsil edən Dilşadbəy Hamroyev ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Əvvəl cüdoçularımızdan Könül Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) qızıl medal qazanıblar. Ruslan Paşayev (66 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yerlə kifayətlənib.

Həmin kateqoriyadan