Kvaratsxeliyaya xəstəxanada baş çəkdi – FOTO

Kvaratsxeliyaya xəstəxanada baş çəkdi – FOTO

PSJ klubunun prezidenti Nasser Əl-Xelayfi komandanın gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyaya xəstəxanada baş çəkib.

Allsport.az xəbər verir ki, futbolçu klub rəhbəri ilə birgə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.

Kvaratsxeliya UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Barselona” ilə matçda (4:2) dizinin çarpaz bağlarından zədə alıb. Onun bərpasının təxminən 9 ay çəkə biləcəyi bildirilir.

Kvaratsxeliya 2026/2027 mövsümündə meydana çıxdığı 11 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan