- Baxış sayı: 26
- 30 Oktyabr 2026 12:57
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

“Real”ın futbolçusu Trent Aleksander-Arnold sabiq klubu “Liverpul”a qayıda bilər.
Allsport.az xəbər verir ki, Mersisayd təmsilçisi cinah futbolçusunu heyətinə qatmaq istəyir.
“Liverpul”un artıq klub və futbolçu ilə danışıqlara başladığı bildirilir.
Trent ötən yay “Real”a keçib. Ümidləri doğrultmayan müdafiəçi oyun praktikasının azlığından da narazıdır.
28 yaşlı futbolçu bu mövsüm la liqada 6 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimidir.